Qaydalar və Şərtlər

1. Alıcıların Qeydiyyatı
 Alıcıların qeydiyyat prosesi sadə və standartdır, digər tanınmış onlayn alış-veriş platformalarındakı kimi ümumi addımları əhatə edir. Alıcılar üçün əlavə doğrulama prosesləri tələb olunmur.

2. Satıcıların Qeydiyyatı və Doğrulama
   Satıcıların qeydiyyat prosesində əlavə doğrulama tələb olunur. Bu doğrulama satıcıların mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərməsini təmin edir. Qeydiyyatdan keçən və təsdiqlənmiş hər bir satıcı yalnız ölkə qanunvericiliyində icazə verilmiş məhsulları sata bilər. Qadağan olunmuş məhsullar satıcı hesabının bağlanmasına səbəb olacaq.

3. Məhsul Siyahısı və Şəkillər
   Satıcılar məhsullarını öz təsvirləri və şəkilləri ilə təqdim etməkdə sərbəstdirlər. Məhsul yerləşdirilməsi ilə bağlı çətinliklər yarandıqda, Dəstək Bölməsi vasitəsilə yardım ala bilərlər.

4. Ödəniş və Komissiya Şərtləri
   Satıcıların məhsul üçün təyin etdikləri qiymətlər tam şəkildə onlara ödənilir. Məhsul qiymətinə əlavə olunan digər xərclər isə müştəriyə ödəniş zamanı əlavə olunur. Satıcılar ödənişi yalnız məhsul müştəriyə çatdırıldıqdan və geri qaytarma müddəti başa çatdıqdan sonra alırlar.

5. Çatdırılma və Geri Qaytarma Şərtləri
   Məhsulların müştəriyə çatdırılması FidBuy tərəfindən həyata keçirilir. Satıcı məhsulu bizə çatdırdıqdan sonra məhsul satışa çıxarılır. Sifariş alındıqdan sonra mümkün olan ən qısa zamanda müştəriyə çatdırılması təmin edilir.

6. Məsuliyyət və Zəmanət
   FidBuy platforması vasitəsilə satışda olan hər bir məhsulun keyfiyyətinə satıcı cavabdehdir (FidBuy öz məhsulları xaricində). FidBuy alqı-satqı prosesini asanlaşdırmaq və rahatlığı təmin etmək üçün vasitəçi rolunda çıxış edir.

7. Şəxsi Məlumatların Qorunması
   İstifadəçilərin şəxsi məlumatları tam məxfi saxlanılır və istifadəçinin icazəsi olmadan üçüncü tərəflərlə paylaşılmır.

8. Qanunvericiliyin Tətbiqi və Siyasət Qaydaları
   Saytın qaydalarını pozan istənilən istifadəçi, alıcı və ya satıcı xəbərdarlıq edilə bilər. Kiçik qanun pozuntuları təkrarlandıqda hesab bir dəfəlik bağlanır. Ciddi qanun pozuntularında isə hesab xəbərdarlıq edilmədən dərhal bağlanır.

9. Məhsul Yoxlanışı
   Hər bir məhsul satışa çıxmazdan əvvəl FidBuy tərəfindən yoxlanılır. Əgər yoxlama zamanı məhsulda problem aşkarlanarsa, satış ləğv ediləcək və məhsul satıcıya geri qaytarılacaqdır.
 
Ana səhifə
Kateqoriyalar
Səbət
Hesabım